Bakıda iki bacı dəm qazından boğularaq öldü

  • By Admin2
  • 20 Yanvar 2026 13:53

Bakıda iki bacı dəm qazından boğularaq ölüb.

Gununsesi.info məlumatına görə, hadisə gecə saatlarında Qaradağ rayonunda baş verib.

Ələt qəsəbə sakini 1951-ci il təvəllüdlü Minəxanım Qəzənfər qızı Məmmədova və bacısı 1955-ci il təvəllüdlü Almaz Abbasova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info