Almaniyanın Lufthansa aviaşirkəti martın 29-dək Tehrana və Tehrandan uçuşlar həyata keçirməyəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə şirkətin sözçüsü bazar ertəsi AFP agentliyinə məlumat verib.
Bildirilib ki, Lufthansa Qrupu regionda əməliyyatlarını təhlükəsizlik vəziyyətinə uyğun olaraq tənzimləməyə davam edir və uçuşların dayandırılması müddəti zərurət yaranacağı təqdirdə uzadıla bilər.
Qrupun tərkibinə daxil olan Austrian Airlines aviaşirkətinin də ən azı fevralın 16-dək Tehrana uçuşları həyata keçirməyəcəyi qeyd olunub.
Xatırladaq ki, ötən həftə Lufthansa İran və İraq hava məkanından yayınacağını açıqlamışdı. Şirkət nümayəndəsinin sözlərinə görə, yanvarın 20-dən etibarən İraq hava məkanından keçən hava dəhlizindən istifadə olunacaq, İran hava məkanından yayınma isə davam edəcək.
Şəbnəm













