ABŞ prezidenti Donald Tramp iki gün əvvəl bildirdi ki, Amerika kimsəyə məlum.oayan yeni silahlara malikdir. Tramp bu silahların barədə başqa məlumat vermədi.
Maduronun iqamətgahına hücum zamanı sağ qalan mühafizəçilər bildirir ki, ABŞ hərbçiləri dəhşətli baş ağrısına və burun qanamasına səbəb olan silahlardan istifadə ediblər. Bu istifadədən sonra mühafizəçilər halsız halda yerdə tərpənməz halda qalıblar. Deməli ABŞ daha əvvəl rast gəlmədiyiniz yeni səs silahlarından ilk dəfə döyüş əməliyyatları zamanı istifadə ediblər. Bu silahların mikrodalğalı səs dalğaları insan tərəfindən eşidilmir, lakin insan beyninə təsir edir, yüksək qan təzyiqi yaradır və bəzi kapilyar damarları dağıdır. Səs silahlarının artıq müddətdə tətbiqi insanı öldürə bilir.
Bu əməliytat zamanı başqa bir maraqlı məsələ Venesuela hava hücumundan müdafiə qoşunlarının zenit-raket komplekslərinin ölkə səmasında aşağı sürətli helikopterlərə atəş acmaması ilə bağlıdır.
Burada ağlımıza ilk gələn Venesuelaya aid radiolokasiya stansiyalarının müşahidə imkanlarından məhrum edilməsidir. Böyük ehtimalla ABŞ hərbi hava qüvvələri istiqamətləndirilmiş mikrodalğalardan istifadə edən daha yeni bir silah əldə ediblər. Amma 5 il əvvəl Çin ordusu Hindistanla sərhəd münaqişəsi zamanı istiqamətlənmiş lazer silahından uğurla istifadə etmişdi. Görünür ki, ABŞ sənayesi düşmən RLS-in elektron sensorları üçün uzaq məsafədən təhlükəli istilik temperaturunu təmin edən və hava vasitələri ilə daşına biləcək optimal olcələrə malik silahlar əldə edərək onu da ilk dəfə döyüş əməliyyatları zamanı uğurla sınaqdan keçiriblər.













