Həbsxanadan qaçan 81 İŞİD-çi yenidən tutuldu

  • By Admin2
  • 20 Yanvar 2026 15:00

Suriyada həbsxanadan qaçan 81 İŞİD terrorçusu yenidən tutulub.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suriya Demokratik Qüvvələri (SDQ) Hasaka bölgəsində yerləşən əl-Şəddadi həbsxanasından İŞİD üzvü olan məhbusları buraxıb.

Hazırda Suriya ordusu və SDQ arasında Kobanidə döyüşlər gedir.

Gununsesi.info