ABŞ Prezidenti Donald Tramp koronavirusun ikinci dalğası başlayacağı təqdirdə ölkə iqtisadiyyatını dayandırmayacağını açıqlayıb.
Gununsesi.org-un məlumatına görə, “HaberGlobal” xəbər verir ki, o, bunu Miçiqan ştatında “Ford” istehsal müəssisəsinə səfəri zamanı jurnalistlərə bildirib.
Ona verilən “COVID-19-un ikinci dalğasından qorxursunuzmu?” sualına ABŞ prezidenti “İnsanlar bunun uzaq ehtimal olduğunu deyirlər. Ancaq ikinci dalğa ortaya çıxarsa, sakitlik yaradacağıq. Ölkəmizin iqtisadi fəaliyyətini dayandırmayacağıq”, – deyə cavablandırıb.
O qeyd edib ki, ölkəsi epidemiya prosesində çox şey öyrənib, qarşıdan gələn dalğalara tamamilə hazırdır.
COMMENTS