Baş prokurorun müavininin biznesmen övladları: Avtosalonlar, MMC-lər, marka avtomobillər…

Baş prokurorun müavininin biznesmen övladları: Avtosalonlar, MMC-lər, marka avtomobillər…

Jurnalist Hafiz Babalı Baş prokurorun müavini işləyən Namiq Əsgərovun ailə biznesi haqqında maraqlı yazı yazıb.

 

Gununsesi.org jurnalistin həmin yazısını sizə təqdim edir:

 

Mayın 21-də ölkə başçısı İlham Əliyev 2007-ci ildən Baş prokurorun müavini işləyən Namiq Əsgərova “Əməkdar hüquqşünas” fəxri adı təqdim etdi.

Bir çox dövlət xadimləri kimi Namiq Əsgərovun övladları da bizneslə məşğuldur. Kiçik oğlu Emin Britaniyanın lüks qrupuna aid olan Bentley minik avtomobillərinin dilerliyini əldə edib və 2010-cu ildə Bakıda avtosalon açıb. Bunadək o, Azərbaycanda Mercedes-Benz təmsilçisinin müavini işləyib, ABŞ-da avtomobil ticarəti sahəsində təcrübə qazanıb.

2010-cu ildə Emin Əsgərov “El Holding” Şirkətlər Qrupunun prezidenti Elçin Muradovla birlikdə “El Motors” MMC-ni təsis ediblər. Şirkətin ilk direktoru onun qardaşı Ziya Əsgərov olub. Emin Əsgərov bir müddət həm də “Port Baku Residence” yaşayış kompleksinin developeri olan “Abşeron” MTK-nın direktoru işləyib.

Baş prokurorun müavininin 40 yaşlı oğlu Azərbaycanda aldim.az portalı üzərindən elektron ticarət platforması təklif edən eyni adlı MMC-nin sahibidir.

 

Gununsesi.org

COMMENTS