Azərbaycanlı idman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.
O, bu barədə şəxsi feysbuk hesabında paylaşım edib.
A.Cəfərsoy bildirib ki, iki həftədir güclü öskürək və yüksək temperaturdan əziyyət çəkir:
“İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu. Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin”.
COMMENTS