Çində son sutka ərzində daha 4 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
Gununsesi.org “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd edilir ki, yoluxma hallarından 2-si ölkə daxilində (hamısı Tszilin əyalətində), 2-si isə xaricdən gələn şəxsdə aşkarlanıb.
Ölkənin tibb müəssisələrində 82 nəfərin müalicəsi davam etdirilir, onlardan 8-nin vəziyyəti ağır qiymətləndirilir.
Çində ümumilikdə 82 971 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 255 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.
Gununsesi.org
COMMENTS