
ABŞ-ın keçmiş prezidenti Tramp “Netanyahu Qasım Süleymani əməliyyatının bir hissəsi olduğunu və son anda vaz keçdiyini” iddia edib.
Gununsesi.info xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp İsrailin İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin öldürüldüyü əməliyyat planının bir hissəsi olduğunu iddia etsə də, Benyamin Netanyahu əməliyyatdan 2 gün əvvəl imtina edib.
Amerikanın “Fox News” telekanalına danışan Tramp İsrailin baş naziri Netanyahunun uzun müddətdir Süleymaniyə qarşı əməliyyatın mühüm bir parçası olduğunu və bu prosesdə bir çox mövzuda birgə çalışdıqlarını bildirib.
“Biz Süleymanini vuranda İsrail bizimlə bunu etməli idi. Hücumdan iki gün əvvəl “Biz bunu edə bilmərik” dedilər. Sonra öz generalımıza üz tutduq və “Bunu edə bilərikmi?” dedik. Dedi: “Bəli, biz bacararıq, bu sizin ixtiyarınızdadır”. Dedim, “onda bunu edək”. Bu şəkildə danışan Tramp Netanyahu və İsrailin planın mühüm hissəsi olduğunu qeyd edib.
Süleymani 3 yanvar 2020-ci ildə İraqın paytaxtı Bağdad yaxınlığında ABŞ-ın pilotsuz uçan aparatının hücumu nəticəsində həlak olub və bu hücumdan sonra ABŞ və İran arasında gərginlik artıb.
Gununsesi.info