Slovakiya Prezidenti virusa yoluxub

  • By ilhame
  • 04 Fevral 2024 22:30

ABŞ-da işgüzar səfərdə olan Slovakiya Prezidenti Zuzana Çaputovanın koronavirus testi müsbət çıxıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə TASR informasiya agentliyi məlumat yayıb.

 

Pittsburqda olan Çaputova xəstəliyi səbəbindən ABŞ-a səfərinin son günü – fevralın 4-də iş proqramını ləğv edib. O, fevralın 1-də Kanadadan ABŞ-a gəlib, daha sonra Kaliforniyaya gedib. Prezident sahibkarlardan ibarət nümayəndə heyətinin rəhbərliyi ilə, xüsusən də “Google” şirkətinin baş ofisində olub.

 

Çaputova fevralın 5-də Slovakiyaya qayıtmalıdır, o, yaxın günlər üçün iş proqramını ləğv edib.

Gununsesi.info