
İraqın şimalındakı Gara bölgəsində həyata keçirilən hava əməliyyatı zamanı 7 terrorçu zərərsizləşdirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçulara ağır zərbə vurublar. Gara bölgəsində hava əməliyyatları zamanı 7 terrorçu zərərsizləşdirilib.
Aviazərbələr nəticəsində terrorçu təşkilatının sui-qəsd məktəbindən və xarici əlaqələrdən məsul şəxslərinin zərərsizləşdirildiyi bildirilir.
Gununsesi.info