ABŞ-də ticarət mərkəzində silahlı insident baş verib

  • By ilhame
  • 06 Aprel 2024 22:09

ABŞ-nın Florida ştatının Doral şəhərində yerləşən “CityPlaceDoral” ticarət mərkəzində baş verən silahlı atışma nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb.

 

Gununsesi.info xəbər verir ki, məlumatı Doral şəhərinin polis idarəsi də təsdiq edib.

 

Məlumatda qeyd olunur ki, həyatını itirənlərdən biri polis işçisidir.

 

Hücum edən şəxs öldürülüb.

 

Hələlik hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Gununsesi.info