Yevlaxda yanğın hadisəsi baş verib

  • By ilhame
  • 04 Aprel 2024 19:28

Yevlaxda yanğın hadisəsi baş verib.

 

Gununsesi.info xəbər verir ki, hadisə Aran qəsəbəsində yaşayış yerinin yaxınlığında qeydə alınıb.

 

Baş verən hadisə nəticəsində yaşıllıq ərazi yanıb. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

 

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın qısa müddətdə söndürülüb:

 

“Qurumun “112” qaynar telefon xəttinə Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və yol kənarında kol-kos olan sahədə baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb”.

 

Gununsesi.info