
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Gununsesi.info xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançımız yarımfinalda hindistanlı Bacranq Puniya ilə üz-üzə gəlib. Rəqibinə 12:5 hesabı ilə qalib gələn Hacıyev finala vəsiqə qazanıb.
Onun finaldakı rəqibi yaponiyalı Takuto Otoquro olacaq. Final görüşü sabah keçiriləcək.
Gununsesi.info