
Avrokuboklarda pley-off mərhələsinin ilk görüşlərindən sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
Gununsesi.info xəbər verir ki, “Qarabağ”ın Avropa Konfrans Liqasının pley-offunda “Aberdin”i (Şotlandiya) 1:0 hesabı ilə məğlub etməsi Azərbaycana 0,250 xal qazandırıb.
0,125 xalı isə “Neftçi” İsrailin “Makkabi” (Hayfa) klubu ilə 3:3 hesablı heç-heçə etdikdən sonra ölkəmizin aktivinə yazdırıb.
Bununla da mövsüm ərzində Azərbaycanın topladığı xal sayı 1,875-ə, son beş mövsümdə ümumi xal sayı isə 14,500-ə çatıb.
Bu nəticələrdən sonra Azərbaycanın reytinqdə mövqeyi dəyişməyib. Ancaq bir pillə geriləyən Sloveniya ilə xallarımız bərabərləşib. Hazırda Sloveniya və Azərbaycan 29-30-cu yerləri bölüşürlər.
Qeyd edək ki, reytinq siyahısına 87,926 xalla İngiltərə başçılıq edir.
Gununsesi.info