Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri Süleyman Soylunun istefa müraciətini qəbul etməyib.
Gununsesi.org xəbər verir ki, bu haqda bu dəqiqələrdə Türkiyə Prezidenti yanında Koordinasiya Mərkəzinin (İletişim Başkanlığı) Twitter səhifəsindən açıqlama yayınlanıb.
Açıqlamada bildirilir ki, Soylu indiyə qədərki fəaliyyəti ilə millətin təqdirini qazanıb: “Eyni zamanda, fövqəladə vəziyyət dönəmində də nazir Soylu güclü koordinasiya qurmağı bacarıb. Nazirin istefa tələbi Prezidentə çatdırılıb. Prezident bu tələbin uyğun olmadığını nazirin nəzərinə çatdırıb. Nazirin istefası qəbul edilməmişdir, özü vəzifəsinə davam edəcəkdir”.
Gununsesi.org
COMMENTS