ATV-nin redaktoru bu qurumun mətbuat katibi oldu

ATV-nin redaktoru bu qurumun mətbuat katibi oldu

ATV-də yayımlanan “ATV Səhər” verilişinin baş redaktoru Aytən Əliyevaya yeni vəzifə verilib.

Gununsesi.org-un məlumatına görə, aparıcı İcbari Sığorta Bürosuna mətbuat katibi təyin olunub.

Bu barədə A.Əliyeva sosial şəbəkədə məlumat verib.

Qeyd edək ki, Aytən Əliyeva ATV-də “Xəbərlər” proqramını da təqdim edib. O həmçinin, “Xəzər” və “Space” telekanallarında aparıcı olub.

Gununsesi.org

COMMENTS