Novak: “Neftə qlobal tələbat daha yavaş bərpa olunacaq”

Novak: “Neftə qlobal tələbat daha yavaş bərpa olunacaq”

“Mənim fikrimcə, neftə tələbatın bərpası böhrandan əvvəl gözlədiyimiz qədər sürətlə olmayacaq”. 

Gununsesi.org Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Energetika naziri Aleksandr Novak bildirib.

“Çünki böhran dövründə indi hamı başa düşdü ki, görüşlər keçirmək və ya əlaqə qurmaq üçün uçmaq, səyahət etmək lazım deyil. Hamısını videokonfrans rejimində etmək mümkündür”,- nazir qeyd edib.

Rusiyanın Energetika naziri ABŞ-ın OPEC+ sazişini dəstəklədiyini və töhfə verməyə hazır olduğunu da bildirib. O xatırladıb ki, ABŞ-da gündəlik hasilatın 2-3 mln. barel azaldılması barədə məlumat verilib.

 

 

Gununsesi.org

COMMENTS