“Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq 1915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir”.
Gununsesi.org Nuhcixan.az-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılıb:
“Təkrar test yoxlamalarının nəticələrinə əsasən, 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bir nəfər sağalaraq evə buraxılıb, bir nəfər isə vəfat edib. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”.
Gununsesi.org
COMMENTS