Rusiyada koronavirusa yoluxanların sayı 16 minə yaxınlaşıb

Rusiyada koronavirusa yoluxanların sayı 16 minə yaxınlaşıb

Rusiyada yeni koronavirusa yoluxanların sayı son sutkada 2 186 nəfər artıb və hazırda ölkənin 82 bölgəsində 15770 nəfər təşkil edir.

Gununsesi.org-un məlumatına görə, bunu ölkənin yeni koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üzrə operativ qərargahından bildiriblər.

Bildirilib ki, hazırda 291 nəfər sağalıb, 130 nəfər vəfat edib:

“Sutka ərzində 24 koronavirus xəstəsi ölüb. Rusiya üzrə bütün dövr əzində 130 nəfər həyatını itirib”.

 

 

 

Gununsesi.org

COMMENTS