Tbilisidə dəhşət - şagirdlər müəllimi döyüb öldürdülər

Gürcüstanda 26 yaşlı müəllim şagirdləri tərəfindən döyülüb.

Gununsesi.info bu barədə Gürcüstan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, 16-17 yaşlı şagirdlər Qiqa Avaliya adlı müəllimi Tbilisinin Temka rayonunda xəstəxanalıq ediblər.

Başından zədələr alan müəllimin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info