Zabil Qəhrəmanov məhkəməyə gətirildi - FOTO

  • By admin
  • 25 Oktyabr 2025 20:26

Vəkil Zabil Qəhrəmanov Gəncə Şəhər  Məhkəməsinə gətirilib. 

Gununsesi.info bildirir ki, Gəncə Polis İdarəsi tərəfindən saxlanılan vəkil Zabil Qəhrəmanovla bağlı istintaq orqanı xuliqanlıq və dələduzluq cinayəti üzrə təqdimat verib.

Zabil Qəhrəmanovun hüquqlarını müdafiə edən Səadət Seyidli və Əziz Qənbərli məhkəməyə etiraz verib.

Buna səbəb isə məlum olayın Gəncədə deyil, Göygöldə yaşanmasıdır.

Onu da qeyd edək ki, Gəncədə fəaliyyət göstərən əksər vəkillər həmkarlarının müdafiəsinə qatılıb.

Gununsesi.info