Kürdəmirdə minik avtomobil traktorla toqquşub

Kürdəmirdə minik avtomobil traktorla toqquşub, ölənlər var.

Gununsesi.info xəbər verir ki,hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin yolda hərəkətdə olan “VAZ 2107” markalı avtomobil Traktora çırpılıb. Nəticədə ilkin məlumata görə 3 nəfərin öldüyü bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları eləcə də FHN-nin qəza xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub.Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və sərnişinlərin çıxarılması işləri həyata keçirilir.Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info