Türkiyədə çəkisi 6 kq-dan çox olan körpə doğulub — FOTOLAR

Türkiyədə 6 kq 150 q çəki ilə doğulan uşaq görənləri xeyli təəccübləndirib.

Gununsesi.info “Haber Global”a istinadla xəbər verir ki, 2025-ci ilin ən uzun (59 sm) və ən ağır körpəsi Bursa şəhərinin İnegöl rayonunda doğulub.

Hamiləliyin 37-ci həftəsində doğulan körpəyə Əli Atilla adı verilib.

28 yaşlı Ece Bircanın övladı qeysəriyyə üsulu ilə dünyaya gəlib.

Çağa 2024-2025-ci illər arasında Türkiyədə doğulan ən uzun və ən ağır körpədir.

 

 

Gununsesi.info