Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub

25.10.2025-ci il tarixdə saat 17:00 radələrində Beyləqan rayonunda elektrik cərəyanı vurması səbəbilə 1982-ci il təvəllüdlü şəxs (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Gununsesi.info  xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ona elektrik cərəyanının təsiri diaqnozu təyin olunub.

Pasiyentin müalicəsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Gununsesi.info