
Rusiya Hindistana Qərb sanksiyalarından yan keçərək iki hərbi gəmi verəcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, gəminin birinin sentyabrda, digərinin isə gələn ilin əvvəlində Hindistana təhvil verilməsi planlaşdırılır.
Yüksək rütbəli Hindistan rəsmiləri məsələnin həssaslığına görə adlarını açıqlamadan agentliyə bildiriblər ki, çatdırılma planlaşdırılıb və Ukraynadakı müharibə səbəbindən iki il gecikib.
Friqat gəmiləri iki ölkənin 2018-ci ildə imzaladığı dörd gəmilik müqavilənin bir hissəsidir. Digər iki gəmi isə Rusiya ilə əməkdaşlıqda Hindistanda tikilir. Lakin təchizat zəncirindəki problemlərə görə qrafikdən geri qalır.
İdarə olunan raket silahları və gizli olan freqatlar Ukrayna istehsalı olan qaz turbinlərindən istifadə etməli idi. Hindistan rəsmiləri agentliyə bildiriblər ki, Ukrayna ilə Rusiya arasında ticarət 2014-cü ildə Krımın ilhaqından sonra dayanıb və Hindistan üçüncü ölkələr vasitəsilə avadanlıq alıb.
Qeyd edək ki, Ukraynada müharibənin başlamasından sonra ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Hindistana silah tədarükünü bir ildən çox müddətə dayandırıb.
Gununsesi.info