Sivasda növbəti zəlzələ

  • By Mina
  • 06 Aprel 2024 17:06

Türkiyənin Sivas vilayətində yenidən zəlzələ olub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Gürün rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 16 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Gununsesi.info