
Belarus lideri Aleksandr Lukaşenko qanun imzalayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik məsələlərinə görə hərbi komissarlığa SMS göndərilməsi mümkün olacaq.
Qanun yaranan çağırış və təhdidlərə cavab tədbirlərinin səmərəliliyini artırmaq məqsədilə milli təhlükəsizlik sahəsində hüquqi münasibətlərin hərtərəfli təkmilləşdirilməsinə yönəlib. Sənəd parlamentin aşağı palatası tərəfindən qəbul edilib.
Müdafiə və milli təhlükəsizlik sahəsində, əmək haqqında, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında, dövlət sosial sığortası haqqında, inzibati xətalar haqqında, habelə inzibati xətalar haqqında prosessual və icra qanunvericiliyində dəyişikliklər edilməsi nəzərdə tutulur.
Gununsesi.info