
Tayvanın İqtisadi İşlər Nazirliyi Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə əlaqədar Rusiya və Belarusa ixracı qadağan edilən malların siyahısının genişləndirildiyini, onların hərbi məqsədlər üçün istifadəsinin qarşısını aldığını elan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Tayvan İqtisadiyyat Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Nazirıik bəyan edib ki, Rusiya və Belarusa münasibətdə sanksiya tətbiq edilən malların siyahısı “beynəlxalq əməkdaşlığı həyata keçirmək və yüksək texnologiyalı mallarımızın hərbi məqsədlər üçün ixracının qarşısını almaq məqsədilə” genişləndirilib.
Siyahıya istehsalında Tayvanın dünya lideri olduğu yarımkeçiricilərin istehsalı üçün avadanlıqlar, həmçinin müəyyən kimyəvi maddələr və dərmanlar daxildir.
Tayvan nazirliyinin məlumatında deyilir ki, yeni sanksiyalar Avropa İttifaqı, ABŞ və digər ölkələrin Ukrayna döyüş meydanında Rusiya texnikasında tapılan yüksək texnologiyalı, Qərb istehsalı komponentlərə əsaslanan oxşar hərəkətlərinə uyğundur.
Tayvan Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyib və ona qarşı Qərbin digər sanksiyalarına qoşulub. Bu addım praktikada simvolikdir, çünki ada ilə Rusiya arasında yalnız minimal birbaşa ticarət var.
Xatırladaq ki, ötən ay Çexiya və Tayvan hökumətləri Ukraynanın bərpası üçün birgə iş haqqında saziş imzalayıblar.
Gununsesi.info