
Perunun San-Antonio de Putina əyalətinin La Rinkonada şəhərində qızıl mədənində çökmə baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə zamanı 7 mədənçi həyatını itirib.
Bölgədə axtarış-xilasetmə tədbirlərinin davam etdiyi bildirilib.
Dövlət Prokurorluğu partlayışla bağlı araşdırmalara başlanıldığını açıqlayıb. Yerli KİV-in məlumatına görə, qızıl mədəninin qanunsuz olduğu üzə çıxıb.
2023-cü ildə Peruda baş verən mədən qəzalarında çoxlu insan həlak olub.
Gununsesi.info