Qəzza dünyanın ən təhlükəli yeridir - BMT - FOTO

Qəzza dünyanın ən təhlükəli yerlərindən birinə çevrilib.

Gununsesi.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada təhlükəsiz ərazinin qalmadığını açıqlayıb.
“Təhlükəsiz zona yoxdur. Bütün Qəzza zolağı dünyanın ən təhlükəli yerlərindən birinə çevrilib”.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə edilən hücumlarda 310-dan çox əsgər olmaqla 1200 israillinin öldüyü, 5132 nəfərin yaralandığı açıqlanıb. İsrail ordusunun məlumatına görə, Qəzza zolağına qurudan edilən hücumlarda 82, Livan sərhədində isə 6 İsrail əsgəri həlak olub.
Qəzza hökumətinin məlumatına görə, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 7 min 112-si uşaq, 4 min 885-i qadın olmaqla 16 min 248-ə yüksəlib.