Londonda kimyəvi hücum: Çoxlu sayda yaralı var

İngiltərənin paytaxtı Londonun cənubuna “korroziv maddə” atılması nəticəsində 2-si uşaq olmaqla 9 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə London polisi açıqlama yayıb.

Açıqlamada 4 böyük, 1 qadın, 2 uşaq və 3 polis əməkdaşının xəstəxanaya yerləşdirildiyi qeyd edilib. Polis əməkdaşlarının yüngül xəsarət aldığı bildirilib.

Dedektif Alexander Castle ifadəsində polisin təcavüzkarı tutmaq üçün bütün imkanlardan istifadə etdiyini ifadə edərək, “Bu dəhşətli hadisəyə nəyin səbəb olduğunu müəyyən etmək üçün işlərimiz davam edir” deyib.

Castle hadisədə “korroziv maddə” istifadə edildiyinə inandıqlarını, lakin maddənin aşkarlanması üçün testlərin davam etdiyini bildirib.

Ölkə mətbuatında yer alan xəbərlərdə yaralananlardan 3-nün hadisə yerinə kömək üçün gedənlər olduğu bildirilib.

London Şəhər Şurasının üzvü Marina Əhməd özünün X sosial media hesabında yazıb ki, bir nəfər yol-nəqliyyat hadisəsi törədən avtomobildə olan insanlara kimyəvi turşu atıb.

Gununsesi.info