Xəstəxanaya aparılmağını istəyən məhkum yerdə qıvrılaraq can verdi – VİDEO

ABŞ-ın Minnesota ştatında həbsxanada xəstələnərək mühafizəçilərə onu həkimə aparmaq üçün yalvaran məhbus kamerasında dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, məhkumun ailəsi həbsxana rəhbərliyini məhkəməyə verib.

41 yaşlı məhbus Lukas Bellami kamerasında xəstələndikdən sonra mühafizəçilərdən kömək istəyib. Mühafizəçilər Bellamini həbsxananın tibb bölməsinə aparıblar və ona tubb işçiləri ağrıkəsici iynə vurublar.

Vəziyyətinin daha da ağır olduğunu və yerdə qıvrılmağa başlayan Bellami mühafizəçilərdən onu həkimə aparmağı tələb edib. Mühafizəçilər Bellaminin xahişini rədd edərək məhbusu yenidən kamerasına aparıblar.

Məlum olub ki, məhbus Bellaminin mədəsində ölümcül problem olub və yenidən kamerasına aparıldıqdan 1-2 saat sonra dünyasını dəyişib.

Gununsesi.info