İrəvanda güclü partlayış: Ölənlər var – VİDEO

İrəvanın Erebuni rayonunda güclü partlayış baş verib.

Gununsesi.info “Sputinik Ermənistan”a istinadən xəbər verir ki, bir neçə saatdan sonra iki nəfər şəxsi evlərin dağıntıları altından çıxarılaraq xəstəxanaya çatdırılıb.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan jurnalistlərə bildirib ki, Erebunidə baş verən partlayışdan sonra dağıntılar altından xilasedicilər tərəfindən iki cəsəd tapılıb.

Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin məlumatına görə, 30 yaşlı kişi və 85 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Fövqəladə hadisə yerində işlər davam edir.

Partlayış nəticəsində 3-4 ev uçub.

Gununsesi.info