d

Talıbovlar daha bir şirkətini itirdilər

“Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) satılıb.

Gununsesi.info xəbər verir ki, şirkət “Mineral Sular” MMC (6 fərdi sahibkar) tərəfindən satın alınıb. Artıq cəmiyyətin yeni icraçı direktorunun adı da məlumdur. Bu vəzifəyə Azad Həsənov təyin edilib.

HTML tutorial

Qeyd edək ki, “Badamlı Mineral Sular” MMC-nin bundan öncəki rəhbəri Hümbət Qəhrəmanov Naxçıvan Muxtar Respublikasının keçmiş ali sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağıdır və şirkətin S.Talıbova məxsus olduğu bildirilirdi.

Məlumat üçün deyək ki, “Mineral Sular” MMC-nin üzvlərindən biri Naxçıvanda yerləşən “Ləzzət Qida Sənaye” MMC-nin təsisçilərindən olan Teymur Rzayevdir və hazırda “Sirab” şirkəti də bu quruma daxildir.

Xatırladaq ki, bundan əvvəl Talıbovlar “Gəmiqaya Holdinq”lə bağlı eyni aqibəti yaşayıblar.

Gununsesi.info