
Avropa İnsan Hüquqları Məhkəməsi keçmiş prezident Mixeil Saakaşvilinin Ukraynaya qarşı (ərizə № 8113/18) işi üzrə qərarında yekdilliklə ərizəni qəbuledilməz elan edib.
Bu barədə Gununsesi.info-ya Avropa Məhkəməsindən göndərilən məlumatda deyilir. Məsələ Ukrayna Prezidenti Petro Poroşenkonun dönəmində, 2015-ci ildə Ukrayna vətəndaşı olan və Ukrayna siyasətində fəal iştirak edən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ukraynaya qarşı şikayətindən ibarətdir.
2017-ci ildə Ukrayna vətəndaşlığı ləğv edilən və 2018-ci ildə ona qarşı cinayət işi başlandığından, Saakaşvili həbs olunarur. Gürcü siyasətçi həmin həbslə bağlı Ukraynadan qovulduqdan sonra müxtəlif hüquqlarının pozulduğunu iddia edib.
O, 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5-ci bənd (azadlıq və təhlükəsizlik hüququ), 6-cı bənd (təqsirsizlik prezumpsiyası), 8-ci (şəxsi həyata və mənzilə hörmət hüququ), 11-ci (məhkəmə azadlığı) maddələrinə istinad edib. Əsaslandırma üçün İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 13-cü (effektiv müdafiə vasitəsi hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadənin məhdudlaşdırılması) bəndlərinə istinad edilir.
Açıqlanan məhkəmə qərarında bildirilir ki, şikayətlərinin birindən başqa, Avropa İnsan Haqları Məhkəməsi müəyyən edib ki, cənab Saakaşvili milli səviyyədə onun üçün mövcud olan bütün hüquqi imkanlardan istifadə etməyib və qalan şikayət 13-cü maddəyə əsasən, açıq-aşkar əsassızdır.
Daha sonra məhkəmə qərarında bunlar vurğulanır:
“Cənab Saakaşvilinin Gürcüstana qarşı Məhkəməyə verdiyi iki ərizə indiyədək tərəflərə çatdırılıb. Bu ərizələr (№ 6232/20 və 22394/20) cənab Saakaşivilinin ona qarşı iki cinayət prosesinin ədalətsizliyi ilə bağlı şikayətlərinə aiddir. Əsas faktlar Ərizəçi, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 1967-ci ildə anadan olub. O, 2015-ci ildə Ukrayna vətəndaşı olub və Ukrayna siyasətində fəal iştirak edib. O, 2017-ci ildə Ukrayna vətəndaşlığı ləğv edilərkən və 2018-ci ildə cinayət təşkilatına dəstək verməkdə şübhəli bilinərək barəsində cinayət işi başlandıqdan sonra müxtəlif hüquqlarının pozulduğunu iddia edir. Bu proseslər onun həbsinə və Ukraynadan qovulmasına səbəb olub. Onun Ukrayna vətəndaşlığı 2019-cu ilin mayında yeni seçilmiş prezident tərəfindən bərpa edilib. Daha sonra o, Ukraynaya qayıdıb və yüksək rütbəli siyasi vəzifəyə təyin edilib. Saakaşvili 2021-ci ilin oktyabrında Ukraynanı tərk edib və hazırda Gürcüstanda saxlanılır”.
Məhkəmənin açıqlamasında şikayət ərizəsinin AİHM-ə 26 mart 2018-ci ildə verildiyi bildirilir.