
Səhiyyə nazirinin müavini Rasim İsmayılovun dərmanların ucuzlaşacağı barədə gözləntilərə rəsmi reaksiyası mənfi olub.
“Məsələn, ölkəmiz təbii qaz ixracı ilə məşğuldur. Fikir verin, bizim özümüzə həmin təbii qaz hansı qiymətə verilir və ixrac etdiyimiz ölkələrdə həmin qaz əhaliyə hansı qiymətə verilir? Biz həmişə dərman vasitələrinin qiymətinin baha olması ilə bağlı şikayət edirik və Türkiyə ilə qiymətləri müqayisə edirik. Bu məntiqlə, Türkiyə vətəndaşı deyə bilər ki, Azərbaycanda qazın qiyməti aşağıdır, bizdə niyə yox? Ona görə də, bu kimi faktları nəzərə almalıyıq”.
Günel
Gununsesi.info