Gədəbəyin deputatları niyə susur?

Bir neçə gündür ki, Gədəbəy rayonunun Söyüdlü kəndində sakinlərin ekoloji fəlakətə etirazı davam edir. Aksiya nəticəsində polisin güc tətbiqi ilə rastlaşan sakinlərdən həbs olunan və cərimələnənlər var.

Son üç gündə ölkənin bütün müxtəlif təbəqələrindən bu hadisəyə münasibət bildirilib. Ancaq nədənsə Gədəbəy rayonu Milli Məclisi təmsil edən deputatlar – Arzu NağıyevSevinc Hüseynovanın səsi gəlmir.

HTML tutorial

Millət vəkillərinin öz seçicilərinin niyə yanında olmaması, onların problemləri haqqında danışmaması sual doğurur.

Gununsesi.info-nun əməkdaşı hər iki deputatla əlaqə saxlasa da onların mövqeyini öyrənə bilməyib.

Əməkdaşımıza açıqlamasında Arzu Nağıyev Söyüdlü kəndinin deputatının Sevinc Hüseynova olduğunu deyərək şərh verməkdən imtina edib.

Sevinc Hüseynova isə “Mən iclasdayam, sonra danışarıq” deyərək, telefonun dəstəyini asıb.

Deputat gün ərzində zəngləri cavabsız qoyub.

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info