
Yeni Azərbaycan Partiyasının sədrinin müavini, partiyanın icra aparatının rəhbəri, Tahir Budaqov Gununsesi.info-ya açıqlamasında Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələrə münasibət bildirib.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar yerli sakinlərə qarşı baş verınləri pisləyib.
Yeni Azərbaycan Partiyasının bu məsələyə münasibətinə gəlincə, Tahir Budaqov deyib ki, partiyanın Nəzarət Təftiş Komissiyasının sədri, Gədəbəydən olan deputat Sevinc Hüseynova bu barədə fikrini mətbuata açıqlayıb. Vətəndaşların probleminə gəlincə Tahir Budaqov bildirib:
“Hər bir narazılıq gərək, fərdi qaydada öyrənilsin. Narazılığın hansı səbəbdən qaynaqlandığını, tələblərin və ya şikayətlərin əsaslı olub- olmaması araşdırılsa buna fərdi qaydada münasibət bildirmək olar. Hökumət hər zaman insanların rifahına, onların sosial müdafiəsi istiqamətində lazımı işlər aparır.”
Elmar
Gununsesi.info