d

Söyüdlüyə nişanlısı üçün Qurban gətirdi, amma…

Gədəbəy rayonunun Söyüdlü kəndində vətəndaşların ekoloji fəlakətə etirazından sonra bu kəndə kənar şəxslər üçün giriş-çıxış bağlanılıb.

Kənd sakinlərinin Gununsesi.info-ya verdiyi məlumata görə, bayram günlərində də bu qadağa davam edib.

HTML tutorial

Sakinlər deyib ki, Gədəbəyin digər kəndlərindən və başqa rayonlardan bu kənddə yaşayan insanları ziyarətə gələn qohumları oraya buraxılmayıb.

Hətta bildirilir ki, adıçəkilən kəndə nişanlısı üçün qurbanlıq gətirən şəxsi də oraya buraxmayıblar.

Polislə danışıqlar fayda vermədiyindən qız evi qurbanlığı postdan özü götürməli olub.

Elmar
Gununsesi.info