d

İnam Kərimov: “Konstitusiya Məhkəməsi ölkəmizdə demokratiyanın inkişafına böyük töhfə verib”

“Konstitusiya Məhkəməsi ölkəmizdə demokratiyanın inkişafına və dövlətçilik ənələlərimizin möhkəmlənməsinə önəmli töhfə verib”.

Gununsesi.info xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov iyulun 4-də Bakıda “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

HTML tutorial

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin yaradılması hüquqi dövlət quruculuğunun inkişafına təkan verən mühüm bir addım olub:

“Konstitusiya ölkənin siyasi mədəniyyətinin tərkib hissəsi kimi onun funksionallığının əsasını təşkil edir. Konstitusiya həmçinin ölkənin ən ali qanunu olmaqla, demokratik cəmiyyətdə hüquq və azadlıqların sərhədlərini də müəyyən edir”.

İ.Kərimov qeyd edib ki, bir sıra konstitusiya normalarının rəsmi şərhi, müxtəlif sahələr üzrə qanunvericiliyin şərhi ilə Konstitusiya Məhkəməsi ölkəmizdə hüququn inkişafında mühüm rol oynayır.

Gununsesi.info