Naxçıvanın büdcə layihəsi qəbul edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən növbədənkənar sessiyasında muxtar respublikanın müəyyən qanunlarında dəyişiklik edilib.

Gununsesi.info xəbər verir ki, sessiyada “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Qanununa dəyişiklik layihəsi müzakirə olunaraq qəbul edilib.

Növbədənkənar sessiyada “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik layihəsi də müzakirə olunub və qəbul edilib.

Gununsesi.info