Sumqayıtda evdə çürümüş meyit tapılıb

  • By Günel
  • 29 Noyabr 2024 19:33

Sumqayıtda evdən çürümüş meyit tapılıb.

Gunusnesi.info xəbər verir ki, hadisə Corat bağlarında fərdi yaşayış evlərindən birində qeydə alınıb.

1972-ci il təvəllüdlü Mahmud İsmayılovun meyiti yaşadığı evdə aşkarlanıb.

Evdə tək yaşayan şəxsin meyitini qonşular taparaq aidiyyəti üzrə məlumat veriblər.

Fakt araşdırılır.

Gununsesi.info