Şəkidə mikroavtobusla minik maşını toqquşdu

  • By Günel
  • 29 Noyabr 2024 19:24

Şəkidə mikroavtobusla minik maşını toqquşub.

Gununsesi.info APA-ya istinadla xəbər verir ki, hadisə günorta saatlarında rayonun Kiş kəndi ərazisində baş verib.

Kənd sakini Səməd Salamovun idarə etdiyi Şəki-Kiş kəndi marşutu ilə hərəkət edən mikroavtobusla 31 yaşlı Əfsər Qarayevin idarə etdiyi VAZ-2106 markalı minik avtomobili toqquşub. Qəzada VAZ-2106-nın sürücüsü xəsarət alıb.

Mikroavtobus sürücüsü və sərnişinlər arasında isə xəsarət alan olmayıb.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info