Həbsdəki jurnalistlə bağlı Avropa Məhkəməsinə müraciət edilib

  • By admin
  • 29 Noyabr 2024 16:26

DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilən dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahimovun həbsindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edilib. 

 

Bu barədə Gununsesi.info-ya jurnalistin vəkili Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, 2023-cü ilin sonunda Gəncə şəhərində tutularaq Bakıya gətirilən Ərşad İbrahimov bir neçə il əvvəl hədə-qorxu ilə tələb etmə cinayətində ittiham olunub: “Həbsin qanunsuz olması səbəbilə ölkədəki instansiya məhkəmələrini keçib Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdik”.

 

Vəkil deyib ki, Ərşad İbrahimov Avropa Şurasının 2023-cü ildə həbs edilən jurnalistlərlə bağlı hesabatına da daxil edilib.

 

Jurnalist hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

 

Elmar

Gununsesi.info