
İranın Xarici İşlər Nazirliyinin başçısı Hüseyn Əmir Abdullahiyan S. Ərəbistanı ilə mövcud münasibətlərin seyri haqqında açıqlamalar edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazir Abdullahiyan S. Ərəbistanla qarşılıqlı olaraq səfirliklərinin açılacağını söyləyib.
Livanın paytaxtı Beyruta səfəri zamanı İran rəsmisi bunları deyib:
“Yaxın günlərdə hər iki ölkənin səfrilikləri xidmətə başlayacaq. Qərar S. Ərəbistanın Xarici İşlər Naziri Faysal ibn Fərhan ilə etdiyimiz görüşmə zamanı verilib”.
Xatırladaq ki, günlər öncə hər iki ölkə davam edən gərginliklərin ardından diplomatik əlaqələrini yenidən təsis etmə qəararını almışdı.
Bu çərçivədə İran Prezidenti Rəisi S. Ərəbistan Kralı Salman ibn Əbdüləzizi ölkəsinə səfərə dəvət etmişdi.
Tərcümə: Arzu Sayadoğlu