Ağsu sakinlərini “Səyyar qəbul otağı”na gətirən səbəblər bəlli oldu - FOTOLAR

Vətəndaşların qaz təchizatında üzləşdikləri problemlərin həlli məqsədilə keçirilən “Açıq mikrofon”  aksiyası növbəti dəfə Ağsu rayonunda baş tutub.

Tədbirdə sakinlər və Ağsu RQİİ-nin rəhbər şəxsləri ilə yanaşı, rayon İcra Hakimiyyətinin nümayəndəsi də iştirak edib. Ağsuda qazlaşmanın 100% olduğunu qeyd edən qurum rəsmisi sakinləri narahat edən digər problemləri dinləməyə hazır olduqlarını bildirib. Daha sonra müraciətlər dinlənilib.

HTML tutorial

Ağsu rayon sakini Nəriman İsmayılov fərdi yaşayış evinə qaz xəttinin çəkilməsini  xahiş edib. Vətəndaşlara bu və ya digər müraciətlərlə bağlı ətraflı məlumat verilib, bütün müraciətlər qeydə alınıb.

Gununsesi.info