İsrail Suriyanı bombaladı: SEPAH üzvü öldürüldü

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) üzvü İsrailin Suriyaya hava hücumu nəticəsində öldürülüb.

Gununsesi.info xəbər verir ki, İranın “Tesnim” agentliyinin məlumatına görə, cümə günü səhər saatlarında İsrail qüvvələri Suriyanın paytaxtı Dəməşqin cənubuna hava zərbələri endirib.

Zərbələr SEPAH üzvü Səid Əlidadini öldürüb. Əlidadinin Suriyada “hərbi məsləhətçi” olduğu bildirilir.

İran Suriyada yerləşən SEPAH üzvlərini “hərbi məsləhətçilər” adlandırır.

Gununsesi.info