“Facebook” 20 yaşında

  • By ilhame
  • 04 Fevral 2024 15:33

Bu gün feysbuk sosial şəbəkəsinin istifadəyə verilməsinin 20 illiyi tamam olur.

 

Gununsesi.info xəbər verir ki, əvvəlcə ABŞ-nin nüfuzlu universitetlərində tələbələr arasında ünsiyyət üçün icad edilən sosial şəbəkə bütün dünyada populyarlıq qazanıb.

 

Ondan hər ay 3 milyard insan, planetin əhalisinin təxminən 40%-ni fəal şəkildə istifadə edir.

 

Şirkət vatsap və instaqram kimi məşhur proqramları özündə birləşdirərək illər ərzində sürətlə inkişaf edib.

 

Stilini dəyişdirən və 2021-ci ildə “Meta” adı ilə yoluna davam etmək qərarına gələn şirkət, məlumat təhlükəsizliyi, rəqabət pozuntuları və senzura ilə bağlı illər ərzində yaşanan qalmaqallar və tənqidlərin kölgəsində işini davam etdirir.

Gununsesi.info