Avropa Şurası Ukraynaya dəstəyi prioritet elan edib

Rusiyanı öz sıralarından xaric edən Avropa Şurası, həmçinin Rusiya Federasiyasının insan hüquqlarının pozulmasına və beynəlxalq hüququn ciddi şəkildə pozulmasına görə tam məsuliyyət daşımasını təmin etmək, habelə Rusiyanın təcavüzü qurbanlarına təzminat ödəmək üçün bütün digər alətləri səfərbər edir.

Gununsesi.info bildirir ki, bu barədə qurumun yaz sessiyasında yayılan açıqlamasında deyilir.

HTML tutorial

“Təşkilat ardıcıl olaraq Ukraynaya hüquqi və siyasi məsləhətlər verir, zorakılıq qurbanları, xüsusən də qadınlar, o cümlədən Avropa Şurasının Ukraynaya həsr olunmuş “Davamlılıq, Bərpa və Yenidənqurma” (2023-2026) Fəaliyyət Planı vasitəsilə araşdırma ekspertləri və mütəxəssisləri öyrədir. 50 milyon avroluq rekord büdcə ayırıb.

Avropa Şurası Parlament Assambleyası və Yerli və Regional Hakimiyyətlər Konqresi də Rusiyanın təcavüzünün nəticələrinin aradan qaldırılmasında, Ukraynaya və onun xalqına dəstək olmaqda fəallıq nümayiş etdirir.

16-17 may 2023-cü il tarixlərində İslandiyanın Reykyavik şəhərində keçiriləcək Avropa Şurası Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Toplantısının gündəliyində Ukraynaya dəstək və Rusiyanın Ukraynaya təcavüzünə görə cavabdehlik məsələsi əsas yer tutacaq”.

 

 

 

Pərviz Həşimli

Fransa/Strasburq

Gununsesi.info